Füzuli Dövlət Dram Teatrı hərbçilər qarşısında şou-proqramla çıxış edib

    MƏDƏNİYYƏT

    27 Dekabr 2021 | 13:49

    Füzuli Dövlət Dram Teatrı Milli Ordunun əsgər və zabit heyəti üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şou-proqramla çıxış edib.

    Teatrın mətbuat xidmətindən Pressa-ya verilən məlumata görə, proqramı giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev hərbçilərimizi, böyük zəfərin iştirakçılarını bayram münasibətilə təbrik edib. Bildirib ki, biz bu qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, qanları ilə tarixə yazan şəhidlərimizə, ərazilərimizdə və döyüş meydanında düşmənə qan udduran əsgər və zabitlərimizə borcluyuq.

    Teatrın aktyor və aktrisalarının ifasında səhnəciklər, şən mahnılar və rəqslər əsgərlərimizdə yüksək əhval-ruhiyyə yaradıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024