Füzuli Dövlət Dram Teatrı 4.4 Qısa Tamaşalar Festivalında iştirak edib

    MƏDƏNİYYƏT

    27 Noyabr 2022 | 18:25

    Füzuli Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin 4.4 Qısa Tamaşalar Festivalında Abdulla Elşadlının "Tənhalığın evi" tamaşası ilə çıxış edib.

    Pressa xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə, rejissor köməkçisi Günel Hacıyevadır.

    Tamaşa bir neçə qocanın düşdüyü psixoloji durumdan və daxili sarsıntılardan bəhs edir. Əsas rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Elçin Məmmədov, Vüsal Həsənov, Vüqar Babayev, Zamin Quliyev, Gülgəz Soltanova ifa edir.

    Sonda tamaşa münsiflər heyəti və tamaşaçılar tərəfindən alqışlanıb, yaradıcı heyətə gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024