Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib

    İDMAN

    13 Mart 2023 | 15:32

    Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib.

    Pressa-nın məlumatına görə, Joze Alesio Da Silvanın kollektivinin xalı 1384-dən 1363-ə enib.

    Bunda yığmanın dünya çempionatının əsas mərhələsində Polşaya (2:7) məğlubiyyəti əsas rol oynayıb. Komanda martın 3-də Bakıda Yunanıstana 5:2 hesabı ilə qalib gəlsə də, dörd gün sonra Polşa səfərində bu uğuru davam etdirə bilməyib.

    Xal itkisinə baxmayaraq, milli reytinqdə 14-cü pillədəki mövqeyini qoruyub.

    Siyahıya ötən reytinqdə olduğu kimi, Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1796 xala malikdir. İspaniya (1772) ikinci, Portuqaliya (1753) isə üçüncü sıradakı yerini qoruyub.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024