“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub

    DÜNYA

    18 Mart 2023 | 16:55

    "Freddi" tropik siklonu Afrikanın cənub-şərqində 463 nəfərin ölümünə səbəb olub.

    Pressa TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının SABC radiostansiyası məlumat yayıb.

    Bildirilib ki, ən çox ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Minlərlə evin və digər tikililərin dağılması nəticəsində dəymiş maddi zərər on milyardlarla dollarla qiymətləndirilir.

    Xatırladaq ki, Hind okeanında formalaşmış "Freddi" siklonu 38 gün davam edib və martın 14-ü axşam saatlarında səngiyib. Planetin bu hissəsində indiyədək qeydə alınmış ən uzunmüddətli siklon olan “Freddi”nin episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox məsafə qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə ziyan vurub.



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023