Gələn il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin tarixi dəqiqləşib.
Pressa Beynəlxalq Avtomobil Federasiyasının (FIA) saytına istinadən xəbər verir ki, növbəti yarış aprelin 28-30-da keçiriləcək.
Qeyd edək ki, Bakı trasındakı son Qran-Pri bu il iyunun 10-12-də keçirilib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.