Formula 1 pilotları nə seçir?

    ÖLKƏ

    07 Iyun 2021 | 15:07

    Ötən həftəsonu baş tutan Formula 1 yarışması barədə hər birimiz məlumatlanıb, təəssüratlarımızı bölüşdük, rəylərimizi bildirdik. Pilotlar, bolidlər, traslar və qonorarlar barədə bir çox yeniliklər öyrəndik.

    Dünənsə, internetdəki çoxsaylı postlar sayəsində, biz həmçinin məşhur pilotların nə geyindiklərini də bildik.

    Məşhur italiyalı Formula1 pilotu Antonio Qiovinazzinin Azadlıq meydanında, əlində “Paul&Shark” brendinin mavi rəngli polo köynəyini tutmuş fotoşəkili sosial şəbəkələrdə yayıldı.

    Pilotun bu brendə olan məhəbbəti heç də təəccüblü deyil - 45 ildən artıqdır ki, brend idman və kejual üslublu, suya və küləyə davamlı yüksək keyfiyyətli geyim istehsal edir. Brendin unikal parçaların istehsalında istifadə etdiyi innovasiyalara olan meylini nəzərə alaraq, onun qabaqcıl insanlar tərəfindən niyə seçilib sevildiyi məlum olur. Elektromaqnit şüalardan qoruyan parça da onların arasındadır.

    Xatırladaq ki, “Paul&Shark” brendinin məhsulları Bakıda, 10 iyun tarixindən yenidən qapılarını açacaq “Port Baku Mall”da təqdim olunub.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024