Firudin Qurbanov: "Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub"

    TƏHSİL

    16 Sentyabr 2021 | 11:30

    "Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub".

    Pressa xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

    Nazir müavini qeyd edib ki, ölkədə 4 400-dən çox məktəb var: "Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir. Bunlar bizə Sovet İttifaqı dövründən miras qalıb. O vaxt həmin məktəblər uyğun olmayan binalarda yerləşdirilib. Ona görə də bu proses davam etdirilir. Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq ölkəmizin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir".



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024