FIFA İtaliya klubuna ağır cəza verdi

    SON XƏBƏRLƏR, İDMAN

    16 Iyul 2021 | 15:23

    FIFA-nın İntizam Komissiyası İtaliyanın "Spetsiya" klubuna ağır cəza verib.

    Pressa xəbər verir ki, A Seriyasında çıxış edən komandaya transfer qadağası qoyulub. Spetsiya şəhərinin eyniadlı təmsilçisi qarşıdakı 4 transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu qata bilməyəcək.

    Bundan başqa, klub 500 000 avro məbləğində cərimələnib.

    FIFA "Spetsiya"nı 18 yaşadək futbolçuların beynəlxalq transfer və qeydiyyat qaydalarını pozduğu üçün cəzalandırıb.

    Qeyd edək ki, komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024