FHN sel təhlükəsi olan kəndlərdə maarifləndirmə tədbirləri keçirib

    ÖLKƏ

    31 May 2023 | 10:08

    Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən ötən günlər ərzində müvafiq regional mərkəzin əhatə etdiyi rayonların ərazisində sel təhlükəsi olan kəndlərdə silsilə maarifləndirmə tədbirləri keçirilib.

    Nazirlikdən Pressa-ya verilən xəbərə görə, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri də iştirak edib.

    Tədbirlərin keçirilməsində məqsəd xüsusilə intensiv yağıntılarla əlaqədar çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

    Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

    Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024