FHN: Mingəçevirdə baş verən zəlzələdə hər hansı dağıntı olmayıb

    HADİSƏ

    29 Noyabr 2023 | 21:03

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 29.11.2023-cü il tarixində yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

    Pressa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

     



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024