FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

    ÖLKƏ

    03 Avqust 2021 | 18:21

    Yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44°-dək artacağı gözlənilir.

    Pressa xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar əhaliyə müraciət edib.

    Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

    "Yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırırıq. Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur", - müraciətdə vurğulanıb.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024
    18 Mart 2024