FHN əməkdaşı Avrasiya Çempionatının qalibi olub

    İDMAN

    24 Noyabr 2021 | 15:51

    Noyabrın 20-21-fə Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib.

    Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub. 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempionatı qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1-ci yerə layiq görülən idmançımız dünya çempionatına vəsiqə qazanıb.

    Qeyd edək ki, Nurlan Kərimov Azərbaycan çempionu olmaqla yanaşı, ikiqat dünya çempionudur.



    XƏBƏR LENTİ

    02 Dekabr 2021
    01 Dekabr 2021
    30 Noyabr 2021
    29 Noyabr 2021