"FEMMES DIGITALES" İB-nin mentorluq proqramı üzrə təcrübə sessiyası keçirilib

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2022 | 15:25

    Texnologiyalar sahəsində qadınlara dəstək - "FEMMES DIGITALES" İctimai Birliyi tərəfindən hazırlanan mentorluq proqramı çərçivəsində ilk təcrübə sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin dəstəyilə 7 saylı “ASAN Xidmət” mərkəzində keçirildi. Tədbirin girişində sentyabr hadisələrində şəhid olan Azərbaycan əsgərlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

    Tədbirin açılışında Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən United Nations-in “Dövlət xidmətlərinin çatdırılması” 2015 sahəsi üzrə qalibi  “ASAN Xidmət”, ABAD,  Səyyar ASAN xidmət və digər layihələr haqqında iştirakçılara məlumat verildi və mərkəzin daxilində infotur keçirildi. Qonaqlar Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq protokol çərçivəsində yaradılmış Bilim Bakı mərkəzi ilə ətraflı tanış olublar.

    Qeyd olunub ki, mərkəzin məqsədi ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib. Həmçinin, Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə geniş təqdimat edilmişdir.

    "INNOLAND Incubation & Acceleration Center" tərəfindən əldə olunan rəqəmsal nailiyyətlər iştirakçılarla paylaşılmış, eyni zamanda gələcəkdə həyata keçiriləcək birgə innovativ nailiyyətlərlə bağlı ətraflı məlumat verilmişdir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024