Faktiki hava açıqlanıb

    ÖLKƏ

    01 Iyun 2023 | 17:06

    Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

    Xidmətdən verilən xəbərə görə, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

      Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29 dərəcə isti, Naxçıvanda 23-27 dərəcə isti, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23 dərəcə, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.



      XƏBƏR LENTİ

      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024