“Facebook”un gəlirləri azalıb

    DÜNYA

    28 Iyul 2022 | 08:57

    “Facebook”un tarixində ilk dəfə gəlirləri azalıb.

    Pressa-nın xəbərinə görə, “Facebook”un da daxil olduğu “Meta” şirkətinin gəlirləri ötən rübdə 1% azalaraq 28,8 milyard dollar olub. Hesabat dövründə xalis mənfəət 36% azalaraq 6,7 milyard dollar təşkil edib.Ekspertlərlə müzakirə zamanı şirkətin rəhbəri Mark Zükerberq bildirib ki, yaxın illərdə sərmayələr azaldılacaq, yeni işçi qəbulu minimuma endiriləcək.

    Hazırda “Meta”nın dünya üzrə 84 000 işçisi var ki, bu da ötən ilkindən 32% çoxdur.

    İqtisadi göstəricilər elan olunduqdan sonra şirkətin birjadakı səhmləri 4% ucuzlaşıb.



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023