ETX ABŞ şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

    İQTİSADİYYAT

    01 Dekabr 2023 | 18:33

    Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-nin “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

    Bu barədə Pressa-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

      Məlumat görə, ETX-nin rəisi Samir Rəsulov ilə “Fortinet” şirkətinin regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib.

      Görüş zamanı bildirilib ki, bu sənəd hər iki şirkət arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açacaq. Belə ki, Anlaşma Memorandumunun məqsədi ölkə səviyyəsində kibertəhdidlərin müəyyənləşdirilməsi və kiberinsidentlər barədə məlumat mübadiləsinin təşkil edilməsi, bununla bağlı birgə fəaliyyətin həyata keçirilməsi üçün əməkdaşlığın qurulmasıdır.

      20 ildən artıqdır ki, fəaliyyət göstərən “Fortinet” şirkəti qlobal şirkətlər, xidmət təminatçıları və dövlət qurumları üçün kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə məhsulları və müvafiq xidmətləri təklif edən nüfuzlu şirkətlərdən biridir.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024