ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

    ÖLKƏ

    30 Noyabr 2021 | 15:28

    "Noyabr ayı ərzində bundan daha şiddətli küləklər müşahidə olunub".

    Pressa-nın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

    O, əhaliyə diqqətli olmağı məsləhət görüb: "Həmişə olduğu kimi, güclü küləkli hava şəraitində əhaliyə daha diqqətli olmaq məsləhət olunur”.

    Xidmət rəisi qeyd edib ki, bu gün və sabah atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir. "Yağıntının dekabrın 1-dən əsasən şimal və qərb rayonlarından başlayacağı, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayın 2-də gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir".



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024