ETN bəzi siniflərə kitab verilməməsinə aydınlıq gətirib

    TƏHSİL

    30 Sentyabr 2022 | 14:08

    Bəzi siniflərə hələ də kitabların verilməməsi ilə bağlı məlumat yayılıb.

    Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Pressa-nın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər.

    Qeyd edilib ki, mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024