Estoniya XİN vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib

    DÜNYA

    30 Sentyabr 2022 | 14:46

    Estoniya vətəndaşlarına Rusiyaya getməmək barədə xəbərdarlıq edib.

    Pressa xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    "Rusiyanın hərbi fəaliyyətinə görə, Rusiyaya hər hansı təcili olmayan səfərdən çəkinməyi tövsiyə edirik. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarından mümkünsə Rusiyada qalma ehtiyacını yenidən nəzərdən keçirməyə və Estoniyaya qayıtmağı xahiş edirik".

    XİN bildirib ki, hazırda Rusiyada olan ikili vətəndaşlığa sahib olan (həm Estoniya, həm də Rusiya) olan şəxslər nəzərə almalıdırlar ki, onlar orada Rusiya vətəndaşı hesab olunur və ehtiyac olduğu halda Estoniyanın bu şəxslərə konsulluq xidməti göstərməsi imkanı məhduddur.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024