Estoniya bitkiçilik və əkinçilik sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

    ÖLKƏ

    21 Oktyabr 2021 | 12:11

    Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Estoniya Bitkiçilik ET İnstitutu ilə əlaqələrin yaradılması istiqamətində birgə fəaliyyətə dair əməkdaşlıq görüşü keçirilib.

    Pressa xəbər verir ki, görüşdə institutun direktoru Faiq Xudayev, direktor müavini və şöbə müdirləri, Estoniya Bitkiçilik ET İnstitutunun direktoru Mati Koppel və Estoniya Respublikası “Systemseparation MMC” şirkətinin direktoru İndrek Vaasma iştirak ediblər.

    Görüş zamanı F.Xudayev və Mati Koppel İnstitutların fəaliyyət istiqamətləri, kadr potensialı, qazandığı nailiyyətləri, həmçinin qarşıya qoyulan hədəflər haqqında məlumat veriblər. Hər iki tərəf arasında akademik mübadilə və əməkdaşlığın gücləndirilməsi məqsədi ilə seleksiya məhsulunun uyğunlaşma və xəstəliyə qarşı müqaviməti sınaqdan keçiriləcək. Payızlıq buğdada genetik irəliləyiş əldə etmək üçün germplazma mübadiləsinin aparılması, soyuğa və xəstəliklərə qarşı müqavimət, yüksək məhsuldarlıq və yüksək keyfiyyət üçün elit germplazma və sortların yetişdirilməsində birgə əməkdaşlıq ediləcək. Mübadilə olunan materiallar GM rüşeymplazma deyil, orijinal olmaqla mübadilə edilən materiallar yalnız tədqiqat və sınaq məqsədləri üçün istifadə olunacaq, fəaliyyətlər təşviq ediləcək. Bir ildən iki ilədək sahə sınaqlarından sonra hər iki tərəf sınaqların nəticələrini nəzərə alaraq hansı növün kommersiya baxımından perspektivli olduğunu müəyyən edəcəklər. Seleksiya və becərmə texnologiyalarında qarşılıqlı fayda verən bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün, tədqiqatçı və elmi məlumat mübadiləsi, o cümlədən tədqiqat işlərinin birgə nəşri həyata keçiriləcək.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024