Ermənistanda son sutkada koronavirusa 32 yoluxma qeydə alınıb.
Pressa xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 212-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 5 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 463-ə yüksəlib.
Koronavirusdan 214 504 nəfər müalicə olunub. Hazırda 3 154 pasiyent müalicə olunur.