Ermənistanda hərbi hissə komandiri yanacaq oğurlayıb

    DÜNYA

    02 Dekabr 2022 | 18:22

    Ermənistanda hərbi hissə komandiri yanacaq üçün ayrılan talonları mənimsəyib.

    Pressa “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

    Yüksək rütbəli hərbçi bir il ərzində 8 tondan çox benzin və dizel yanacağı talonunu mənimsəyib. Onun 1 il ərzində mənimsədiyi yanacaq talonlarının pul ekvivalentində ümumi dəyəri 2,44 milyon dram (6 min ABŞ dolları) təşkil edib.

    Hərbi hissə komandiri barədə açılmış iş Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib və özünü təqsirli bilən şəxs əməllərini etiraf edib, dövlətə dəymiş ziyanı da ödəyib.

    Prokuror isə Ermənistan Müdafiə Nazirliyi qarşısında təqsirləndirilən şəxsin hərbi xidmətini bundan sonra da hərbi hissə komandiri kimi davam etdirməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməsi barədə vəsatət qaldırıb.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024