Ermənistanda 44 günlük müharibə ilə bağlı komissiyanın növbəti iclası qapalı keçiriləcək

    SİYASƏT

    29 Noyabr 2023 | 10:41

    Ermənistan parlamentinin 44 günlük müharibə ilə bağlı yaratdığı araşdırma komissiyasının növbəti iclası qapalı keçiriləcək.

    Pressa “Joğovurd”a istinadən xəbər verir ki, iclasda Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan dindiriləcək.

    Nəşr əlavə edir ki, orada yalnız komissiyanın “Vətəndaş Müqaviləsi” partiyasından olan üzvləri iştirak edəcək.

    Qəzetin yazdığına görə, “Vətəndaş Müqaviləsi”nin nümayəndələri Babayanı səmimi qarşılamaq niyyətindədirlər. “Başqa sözlə, deyə bilərik ki, onun istintaq komissiyasına dəvət edilməsi sadəcə formal xarakter daşıyır”, - deyə “Joğovurd” yazır.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024