Ermənistan Kamil Zeynallının azadlığa buraxılması ilə bağlı Rusiyadan açıqlama gözlədiyini deyib

    HADİSƏ

    22 Fevral 2024 | 17:20

    Ermənistan Kamil Zeynallının azadlığa buraxılması ilə bağlı Rusiyadan rəsmi açıqlama gözləyir.

    Pressa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Paşinyanın müavini Qriqoryan bildirib.

    Xatırladaq ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.

    Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

    Həmin gün Kamil Zeynallı sərbəst buraxılıb və 22 fevral tarixində Azərbaycana qayıdıb.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024