Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib

    İDMAN

    22 Fevral 2024 | 11:30

    "Lokomotiv"in və Ermənistan millisinin müdafiəçisi Nair Tiknizyan qış "transfer pəncərəsi"ndə "Qalatasaray"a keçməkdən imtina edib.

    Pressa xarici KİV-ə istinadla xəbər verir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması 24 yaşlı futbolçunun bu təklifdən imtina etməsinə səbəb olub.

      "Qalatasaray" sol cinah müdafiəçisini satdıqdan sonra Tiknizyanın transferini gerçəkləşdirmək istəsə də, məsələ rəsmi danışıqlara getməyib.

      Erməni müdafiəçi 2021-ci ildə CSKA-dan “Lokomotiv”ə keçib. O, 82 matçda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

      "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

       



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024