Erməni əsgərin atası: “Məzardan oğlumun külünü də götürüb, ölkədən gedəcəyəm”

    DÜNYA

    21 Sentyabr 2022 | 13:35

    Ermənistanda “Yerablur” hərbi məzarlığında yeni qəbirlər qazılır və rəsmi şəxslər məzarlığı ziyarət edir.

    Pressa  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu müharibədə ölən Jora Martirosyanın anası Qayane Akopyan deyib.

    O, gecədən bəri məzarlıqda keşik çəkən əsgər yaxınlarının Baş nazir Nikol Paşinyanı məzarlığa buraxmaq niyyətinin olmadığını, lakin polisin müdaxiləsindən sonra ölən əsgərlərin yaxınlarının ərazidən uzaqlaşdırıldığını deyib.

    “Bir qadına qarşı 4 polis gəlirdi. Siz təsəvvür edirsiniz ki, polis bizi ərazidən çıxarmaq üçün sürüyürdü”, - o bildirib.

    Ölən Mxitar Qaleyanın atası Qarik Qaleyan isə polisə tabe olmadığı üçün bölməyə aparıldığını söyləyib: “Deyirlər ki, onlara tabe olmamışıq və ərazini tərk etməmişik. Yaxşı, kişiləri aparırdınız, bəs anaları niyə tuturdunuz. Ölən əsgərlərin valideynlərinə münasibət belədirsə, onda övladımın məzarını ekshumasiya edərək külünü götürüb ölkədən gedəcəyəm”.

    Ermənistan polisi ümumilikdə, 37 nəfərin bölməyə aparıldığını açıqlayıb.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024