Erməni deputatın avtomobili qəzaya uğrayıb

    DÜNYA

    26 Noyabr 2022 | 12:35

    Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının üzvü, deputat Qevorq Papoyana məxsus avtomobil qəzaya uğrayıb.

    Pressa xəbər verir ki, bu barədə “shamshyan.com” məlumat yayıb.

    Qeyd olunub ki, gecə saatlarında, təxminən 00:15 radələrində Papoyanın avtomobili Dilicanda ağaca çırpılıb.

    Məlumatda bildirilir ki, qəza nəticəsində avtomobildə olan 34 yaşlı İrəvan sakini Robert K. xəsarət alıb və “Dilican” tibbi hospitalına çatdırılıb.

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023