Ərdoğanın sözçüsü: Ermənistanla normallaşma prosesi müsbət şəkildə davam edir

    SİYASƏT

    29 Noyabr 2022 | 16:03

    Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

    Pressa-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

    O qeyd edib ki, yaxın zamanda pasportlarla keçid icazəsinin verilməsi və s. həyata keçirilməsi zəruri olan addımlar sırasındadır.

    İbrahim Kalın sentyabr ayında Ermənistanın təxribat törətdiyini xatırladıb: “Müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi (sülh danışıqları - red.) normal gedir. 30 ildir qurulmayan təmaslar qurulub, bu, çox vacibdir”, - İbrahim Kalın əlavə edib.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024