Ərdoğanın Şimali Kiprə səfəri başlayır

    DÜNYA

    19 Iyul 2021 | 11:11

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Şimali Kipr Türk Cümhuriyyətinə ikigünlük səfərə gəlir.

    Pressa-nın məlumatına görə, bu barədə "Haber Kıbrıs" qəzeti xəbər verir.

    Səfər Türkiyə liderinin may ayında təyin etdiyi tarixdən bir gün əvvəl başlayır. Onda Ərdoğan 20 iyul tarixində Şimali Kipri ziyarətə edəcəyini və orada təkcə adaya deyil, bütün dünyaya aid bir mesajın yayımlayacağını bildirmişdi.

    Səfər 1974-cü ildə Türkiyə ordusunun Kiprə daxil olmasının 47-ci ildönümünə həsr olunub. Səfər zamanı Ərdoğanı Türkiyə Parlamentinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının (PNM) lideri Dövlət Bahçeli və Türkiyə Böyük Millət Məclisindən ibarət nümayəndə heyəti müşayiət edir.

    Bazar ertəsi günü Prezidentin Nikosiyanın Türkiyə hissəsindəki Kipr-Türkiyə parlamentində çıxışı və Kiriniyaya səfəri planlaşdırılır. Çərşənbə axşamı Türkiyə lideri Nikosiyada hərbi paradda iştirak edəcək, daha sonra Famaqustanın kurort hissəsini – Maraşı ziyarət edəcək.

    Səfər zamanı Rəcəb Tayyib Ərdoğan Qurban bayramı namazını da qılacağı deyilir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024