Ərdoğandan zəlzələ ilə bağlı - Açıqlama

    DÜNYA

    06 Fevral 2023 | 10:50

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeydə alınan zəlzələ haqda açıqlama verib.

    Pressa xəbər verir ki, bu barədə dövlət başçısı öz tviter hesabında yazıb. O, ilk olaraq Kahramanmaraşda baş verən, digər şəhərlərdə də hiss edilən zəlzələ ilə bağlı vətəndaşlara “keçmiş olsun” mesajı verib.

    Ərdoğan qeyd edib ki, zəlzələdən zərər görən bölgələrə axtarış-xilasetmə qüvvələri cəlb edilib: “Bütün qurumlar işə sürətlə başlayıblar”.

    Dövlət başçısı əlavə edib ki, xilasetmə işlərinə nəzarət edir: “İnşallah, yaşadığımız bu fəlakətdən ən qısa vaxtda və az ziyanla keçməyi diləyirəm”.

     

     

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024