Ərdoğan: "Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür"

    DÜNYA

    01 Aprel 2024 | 07:09

    Millətin iradəsi seçki qutusunda təzahür edir, seçki qutusu ilə siyasətçilərə mesajını çatdırır.

    Pressa xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

      “Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamız və milli iradəmizdir. Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür. Seçki qutusunun gücünü gücləndirən hər kəs qalib gəlib. Təəssüf ki, seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Son 2 ayda 52 fərqli şəhərdə oldum, xalqımla bütünləşdim. Nəticə budur, baş verən hər şeydə bir xeyir var”, deyə Ərdoğan qeyd edib.

       



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024