Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb

    ÖLKƏ

    21 Sentyabr 2023 | 11:26

    Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.

    Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.

    Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

     

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023