Emin Hüseynov: “İmarət kompleksində yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq”

    MƏDƏNİYYƏT

    08 Oktyabr 2022 | 13:50

    "Azad olunmuş ərazilərdə mədəni irsin qorunub saxlanması bizim digər mühüm prioritetimizdir”.

    Pressa xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

    O bildirib ki, hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Pənahəli xanın sarayı - İmarətdə isə yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq: “Digər tərəfdən, bölgədə son 30 ildə iki müharibənin baş verməsi, ermənilərin işğal boyunca yaşayış sahələrini, abidələri vəhşicəsinə dağıtması, xalqımızın başına gətirilən müsibətlər Qarabağda eyni zamanda “qara turizmi” inkişaf etdirməyə də imkan verir. Bu məqsədlə, Ağdam və Füzuli şəhərlərində yaradılacaq Memorial Komplekslərdə dağıdılmış binalardan bəziləri saxlanılacaq ki, bu yolla həm xarici turistlərin marağını cəlb etmək, həm də gələcək nəsillər üçün xatirə saxlamaq mümkün olacaq. Artıq bu istiqamətdə “Yolumuz Qarabağa” turizm marşrutu fəaliyyətə başlayıb ki, bu yolla sərnişinlər peşəkar bələdçinin müşayiəti ilə Ağdam və Füzuli şəhərlərində törədilmiş vandalizmin şahidi olurlar və eyni zamanda tarixi, mədəni və dini abidələri ziyarət edirlər. Urbisidə məruz qalmış Ağdam şəhərinin tamamilə yenidən qurulduqdan sonra işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Eyni zamanda, Ağdamın bənzərsiz tarixi-memarlıq abidələri yeni tarixi turizm marşrutları yaradacaq”.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024