Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni vəzifələr verilib

    ÖLKƏ

    24 Noyabr 2021 | 17:05

    Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Pressa xəbər verir ki, fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərə şəhid statusu verilmiş şəxsin vərəsələrinə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi xidməti vəzifələrinin erinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu əlavə edilib.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göstərdiyi çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi xidməti isə müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi xidməti ilə əvəzlənib.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024