Elmir Vəlizadə tutduğu vəzifədən azad edilib

    ÖLKƏ

    15 Iyun 2021 | 10:59

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

    Pressa xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

    O, 1991-ci ildə Prezident Aparatında I dərəcəli mütəxəssis kimi işə başlayıb, 1998-ci ildən qurumun İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildən isə İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024