Əlilliyi olan 39,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib

    ÖLKƏ

    24 Noyabr 2022 | 10:30

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 39,6 min şəxsə xidmətlər göstərilib.

    Nazirlikdən verilən xəbərə görə, onların mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.Son illərdə müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı həmin müəssisələrdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər.


    2022-ci ilin 10 ayında Agentlik tərəfindən əlilliyi olan 10,7 min şəxsə 49,7 min reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024