Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

    ÖLKƏ

    29 Iyun 2022 | 14:17

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulandı.İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

    Həmçinin Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

    Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri iştirak ediblər.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024