Eldar Həsənovun əmlakları müsadirə olunub - SİYAHI

    ÖLKƏ

    21 Yanvar 2022 | 16:55

    Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

    Pressa-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

    Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

    Nəsimi rayonunda yerləşən mənzil;

    Nərimanov rayonunda yerləşən mağaza;

    Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

    Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

    Monteneqroda yerləşən mənzil.

    Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib.

    Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin dəymiş ziyanla bağlı qaldırdığı 18 milyon 500 min manatlıq iddia təmin edilib.

    Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

    Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024