Eldar Əzizov Tbilisidə Kaxa Kaladze ilə görüşüb - FOTO

    SİYASƏT

    30 Sentyabr 2022 | 14:38

    Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

    Pressa-nın yerli bürosu xəbər verir ki, görüşdə tərəflər paytaxt şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirə aparıblar.

    Kaxa Kaladze Eldar Əzizova sabah "Tbilisoba" bayramında iştirak edəcəyi üçün təşəkkür edib. O, həm ölkələr, həm də xalqlar arasında isti münasibətlərin olduğunu vurğulayıb.

    Eldar Əzizov Kaxa Kaladzeni şəhər bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur

     



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024