Əkinçilik ET İnstitutunda Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib

    ÖLKƏ

    20 Noyabr 2023 | 11:45

    Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib.

    Pressa xəbər verir ki, tədbirdə ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canını fəda edən bütün şəhidlərimizin ruhu himnimizin sədaları altında 1 dəqiqəlik sükutla yad edilib.

    Daha sonra institutun direktoru Faiq Xudayev çıxış edərək tariximizin ən şanlı tarixlərindən biri olan Dirçəliş Gününün mahiyyətindən danışıb və bugünki müasir Azərbaycan Respublikasının yaranmasında Dirçəliş Gününün xüsusi əhəmiyyətindən bəhs edib.

    Sonda isə bir sıra əməkdaşların çıxışları dinlənilib. Onlar da öz növbəsində Dirçəliş Günü münasibəti ilə bütün kollektivi təbrik ediblər.



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023