Əhalinin içməli su ilə təminatı 85%-ə çatdırılacaq

    ÖLKƏ

    22 Iyul 2022 | 12:28

    Təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək.

    Pressa xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.Sənəddə qeyd edilib ki, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcəkd. Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcəkdir. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12%-dən 12,3%-ə çatdırılacaq.

    İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ədək azalacaq. Əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20% (regionlarda 10%) təşkil edəcəkdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5% olacaq. Meşə fondunun 65%-i inventarlaşdırılacaq. Torpaqların 30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaq.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024