Dünya döyüşçüləri Alpaquta toplanır

    SON XƏBƏRLƏR

    26 Noyabr 2022 | 12:27

    Dekabrın 1-4 tarixlərində 3-cü Dünya Alpaqut Çempionatı keçiriləcək.

    Bu barədə Dünya Alpaqut Federasiyasından məlumat verilib.

    Çempionat Türkiyənin Bursa şəhərində təşkil ediləcək. Yarışa 30 ölkənin qatılalacağı gözlənilir.

    Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Jalə Əhmədova  yarışla bağlı öz fikirlərini bölüşüb:

    "01-04 dekabr 2022-ci il tarixlərində keçiriləcək 3-cü Dünya Alpaqut Çempionatında Alpaqut Turan döyüş sənətinin sirli dünyası ilə tanış olacaqsız. 3-cü Dünya Alpaqut Çempionatında Siz həm də yeni dostlar qazana biləcəksiniz. Ümid edirik ki, rəqiblərin bu yarışda iştirakı xalqlar arasında dostluğu daha da gücləndirəcək və hər birimizin həyatında dərin iz buraxacaq. Əvvəlki sivilizasiyaların böhranlı tarixi proseslərində olduğu kimi, bəşəriyyəti idmanın xilas edəcəyindən əminik. Dünya Alpaqut Federasiyası öz ana xəttində məhz bu meyarları dəstəkləyir".

    Qeyd edək ki, Alpaqut Turan Döyüş sənətini dünyada inkişaf etdirmək məqsədilə yaradılmış rəsmi beynəlxalq İdman təşkilatıdır. Alpaqut tarixi şərait baxmından böyük məsuliyyəti dərk edən və türk xalqlarının mədəni dünya görüşünü təmsil və təblig edən, milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin ən yüksəkdə duran döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan bu döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən, Turan döyüş sənətidir.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024