DTX Qarabağın erməni sakinlərini qeyri-qanuni hərəkətlərdən çəkinməyə, silah-sursatı qısa müddətdə təhvil verməyə çağırır

    SİYASƏT

    25 Sentyabr 2023 | 10:26

    DTX Qarabağın erməni sakinlərini qeyri-qanuni hərəkətlərdən çəkinməyə, silah-sursatı qısa müddətdə təhvil verməyə çağırır.

    Pressa xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ bölgəsinin erməni sakinlərinə müraciətində deyilir.

    “Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır”.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023