DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir

    ÖLKƏ

    01 Dekabr 2021 | 12:31

    Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi keçirilir.

    Pressa-nın məlumatına görə, mərasim “Sərhədçi” İdman Kompleksində təşkil olunub.

    Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

    Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

    1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

    2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

    3. mayor Həsənov Elmir Mircəlil oğlu;

    4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

    5. mayor Mayılov Emil Şahid oğlu;

    6. mayor Məmmədov Murad Yaşar oğlu;

    7. mayor Əliyev Emil Elman oğlu;

    8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

    9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

    10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

    11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

    12. leytenant Süleymanov Abdulla Telman oğlu;

    13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

    14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

    Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024