Dövlət Xidmətinin regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək

    ÖLKƏ

    07 Fevral 2023 | 10:38

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda (Sumqayıt şəhəri, Sülh küçəsi, 76) fəaliyyət göstərəcək.

    Bu barədə  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

    Yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.

    Açılış tədbirindən sonra yeni inzibati binada sahibkarlarla görüş keçirilib, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib, suallar cavablandırılıb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024