Dövlət Xidməti zərərli tərkibli 730 mindən çox elektron poçtu blok edib

    SON XƏBƏRLƏR

    23 Noyabr 2022 | 17:53

    Azərbaycan dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış təhlükəsizliyinə nəzarət olunan dövlət elektron poçt xidmətində 3-cü rüb ərzində ümumilikdə 7 mln. 230 min elektron poçt emal edilib.

    Pressa dövlət xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 6 mln. 419 mini istifadəçilərə çatdırılıb, 732 mini zərərli tərkibli olması ilə blok edilib, 80 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb.

    “Xüsusi mühafizə avadanlıqları təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir”, - deyə məlumatda bildirilir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024