Dövlət Xidməti: Bakıdakı tarixi abidənin əvvəlki görkəmi özünə qaytarılır - FOTO

    MƏDƏNİYYƏT

    21 Sentyabr 2022 | 16:13

    Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidəyə edilmiş qanunsuz müdaxilələrin qarşısını alınıb.

    Bunu Pressa-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

    O qeyd edib ki, proses nəzarətə götürülüb və abidənin əvvəlki görkəminə qaytarılması istiqamətində iş başlayıb: “Tarixi abidəyə edilən qanunsuz müdaxilə tərəfimizdən aktlaşdırılıb və protokol tərtib edilib. Fasad tezliklə əvvəlki görkəminə qaytarılacaq”.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024