Dövlət Toxum Fondu bölgələrdə elit toxumların səyyar satışına başlayır

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2022 | 16:11

    Payız əkini mövsümü ilə əlaqədar olaraq Dövlət Toxum Fondu tərəfindən fermerlərin və təsərrüfat sahiblərinin toxuma olan tələbatını sərfəli qiymətlərlə təmin etmək məqsədilə bölgələrdə səyyar xidmətin təşkili nəzərdə tutulub.

    Bu gündən etibarən Dövlət Toxum Fondu tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidməti başlayır.

    Respublikamızın bir çox regionlarını əhatə edəcək səyyar satış zamanı fermerlərimiz keyfiyyətli, elit toxumlar əldə edə biləcəklər.

    Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, keyfiyyətli toxumun alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Fondun əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

    Səyyar satış vasitəsilə vətəndaşlara həmçinin maarifləndirici məlumatların paylanılması, payız əkini öncəsi aqronom məsləhətlərinin verilməsi nəzərdə tutulub.

    Səyyar satışla Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə o cümlədən Fondun 077 299 40 40 nömrəsinə müraciət edərək məlumat almaq olar.



    XƏBƏR LENTİ

    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024