Dövlət qulluğu üzrə imtahanın nəticələri açıqlanıb

    TƏHSİL

    14 Noyabr 2022 | 16:40

    13 noyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.

    DİM-dən Pressa-ya verilən xəbərə görə, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:

    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)

    İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 173 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 23 nəfər, BB3 altqrupu üzrə 34 nəfər, BB4 altqrupu üzrə 37 nəfər olmaqla, ümumilikdə 105 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

    İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 15-17 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024