Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib

    MƏDƏNİYYƏT

    21 Mart 2023 | 15:16

    Dövlət Kukla Teatrı Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində təşkil olunan Novruz bayramı şənliyinə qatılıb, konsert-tamaşa nümayiş olunub.

    Pressa-nın xəbərinə görə, Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxıb və özündə Qarabağ məişəti və mədəniyyətinin çalarlarını daşıyan Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını göstəriblər.

    Nümunənin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir. Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Aygül Ağayeva canlandırdılar. Nümayişin ardınca səhnə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının (studiyanın rəhbəri Səidə Haqverdiyeva) ifaçılarının ixtiyarına verilib. İstedadlı uşaq və yeniyetmələrin ifasında (Selcan Xatun, Aylin Nəcəfli, Hökumə Ağayeva, İbrahim Laçın, Adil Əlizadə) “Can Qarabağ” adlı rəngarəng konsert proqramı təqdim olunub.

    Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevanın aparıcılığı ilə baş tutan konsert-tamaşa maraqlı anlarla yadda qalıb. Sakinlər və qonaqlarla qarşılıqlı ünsiyyət şəraitində keçən tədbirdə Qarabağ qaziləri, Vətən müharibəsi şəhidlərinin doğmaları təbriklərini ürək sözlərini bölüşüblər, kənd sakinlərinə qoşulub rəqs ediblər.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024